İstifadəçi Razılaşması
Giriş
Bu istifadəçi razılaşması saytdan, orada nəzərdə tutulan xidmətlərdən, məhsullardan və vasitələrdən istifadənin şərt və müddəalarını özündə əks etdirir. Saytdan istifadə etməklə Siz, Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən AR-in Konstitusiyasının, “Elektron Ticarət” haqqında Qanununun, Mülki Məcəllənin və digər aidiyyəti normativ-hüquqi aktların tələbləri daxilində tərtib olunmuş qaydaları və şərtləri qəbul etdiyinizi təsdiqləmiş olursunuz.
Sayt haqqında
Saytın yaradılmasında başlıca məqsəd şirkətlərin öz məhsul və xidmətləri barədə məlumatları yerləşdirməklə ölkə daxili və beynəlxalq bazarlarda tanınmasını və satışını təmin etməkdir. Sayt məhsulların ümumi məlumat bazası olmaqla iki dildə – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Sayt Sizlərə Azərbaycan Respublikasının ümumi məlumat bazası əsasında real vaxt rejimində məhsulların, xidmətlərin alışını və ya satışını həyata keçirmək imkanı yaradır.
İstifadəçi razılaşması predmeti
Sayt Sizə Azərbaycan Respublikasının Elektron ticarət haqqında qanunvericiliyin tələbləri daxilində tərtib olunmuş İstifadəçi Razılaşması qaydalarına (şərtlərinə) uyğun olaraq öz xidmətlərini təklif edir. Nəzərinizə çatdırırıq ki, İstifadəçi Razılaşması qaydaları (şərtləri) Sizə əvvəlcədən xəbərdarlıq edilməklə dəyişdirilə bilər. Bu qaydalarla (şərtlərlə) razılaşmadığınız təqdirdə, saytdan istifadəni dayandıra bilərsiniz.
Elektron ticarətin əsas anlayışları
4.1 Elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir;
4.2 Elektron ticarətin iştirakçıları – elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslərdir;
4.3 Satıcı (təchizatçı) – malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçıları;
4.4 Alıcı (sifarişçi) – malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçılarıdır;
4.5 Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra vasitəçi) – elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxslərdir;
4.6 Kommersiya bildirişi – satıcı (təchizatçı) tərəfindən malların yayılmasına, xidmətlərin göstərilməsinə, işlərin görülməsinə və ya onun imicinin formalaşdırılmasına birbaşa, yaxud dolayı yolla xidmət edən məlumatdır.
Yeni istifadəçi profaylı
5.1 Qeydiyyatdan keçdikdən sonra siz saytın xidmətindən istifadə etmək üçün istifadəçi adı və parolu əldə edirsiniz. Siz istifadəçi adınızın və parolunuzun təhlükəsizliyinə və həmçinin bu ad və parol altında etdiyiniz bütün əməliyyatlara görə məsuliyyət daşıyırsınız.
5.2 Qeydiyyat zamanı Siz özünüz və şirkətiniz barədə tam və dəqiq məlumat verməlisiniz, həmçinin profaylınızda barənizdə olan məlumatların aktuallığına nəzarət etməlisiniz.
5.3 Siz istifadəçi profaylınızın qorunması və gizli saxlanılmasında məsuliyyət daşıyırsınız. Sizin ad və parolunuzdan razılığınız olmadan istifadə edilərsə dərhal bu barədə saytın inzibatçısına xəbər verməlisiniz. Sizin razılığınız olmadan istifadəçi profaylınızdan istifadə edərək Sizə vurulan maddi və mənəvi zərərə görə sayt heç bir məsuliyyət daşımır. Sizin istifadəçi profaylınızdan istifadə edərək üçüncü şəxslərə və ya sayta dəymiş zərərə görə məsuliyyət daşıyırsınız.
5.4 Sayt qeydiyyat zamanı istifadə etdiyiniz məlumatların doğruluğunu təsdiq edən sənədləri tələb etmə hüququna malikdir.
6. Qeydiyyatdan keçmiş istifadəçilərin öhdəlikləri
6.1 Saytda qadağan olunmuş hərəkətlər;
6.1.1 Səlahiyyət olmadan başqa şəxslərin və ya hər hansı şirkətin adından çıxış etmək və özünü nümayəndə kimi təqdim etmək;
6.1.2 Saytın normal fəaliyyətinə mane olmaq;
6.1.3 Xidmət və ya məhsulları sifariş edərkən yalnış məlumatlar daxil etmək, başqalarına məxsus məlumatlardan istifadə etmək;
6.1.4 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq əqd və ya müqaviləni bağlamaq üçün hüquq və fəaliyyət qabiliyyəti olmadan saytın xidmətlərindən istifadə etmək;
6.1.5 Yalançı, qeyri-dəqiq, aldadıcı, böhtan xarakterli məlumatlar yerləşdirmək;
6.1.6 Saytın əvvəlcədən verilmiş icazəsi olmadan saytın xidmətlərindən istifadə etmək üçün robotlardan, məlumat toplayan və çıxaran proqramlardan və digər avtomatlaşdırılmış proqramlardan istifadə etmək;
6.1.7 Sayta məxsus olan və ya sayt tərəfindən lisenziya əsasında istifadə edilən müəlliflik hüquqlarından, patentlərdən, məlumat bazalarından, proqramlaşdırma kodlarından və digər əqli mülkiyyət hüququ predmetlərini qeyri-qanuni şəkildə istifadə etmək;
6.1.8 Mövzudan kənar, üçüncü tərəfin müəllif hüquqularının və ya saytdan istifadə şərtlərini pozmaq;
6.1.9 Saxta, mənşəyi bəlli olmayan məhsulları reklam etmək;
6.1.10 Saytın rəsmi icazəsi olmadan istifadəçi profaylını üçüncü şəxsə satmaq, icarəyə vermək və ya digər formada özgəninkiləşdirmək;
6.1.11 Saytın iş prinsipinə mane olacaq spam və ya virusların yayılması;
6.1.12 İstifadəçinin icazəsi olmadan həmin istifadəçinin elektron poçt və ya digər şəxsi məlumatların toplamaq və saxlamaq;
6.2 Əgər sayt müstəsna olaraq öz mülahizəsinə əsasən istifadəçi tərəfindən saytdan sui-istifadə edilməsi qənaətinə gələrsə, istifadəçinin profaylını məhdudlaşdıra, müvəqqəti olaraq dayandıra və ya ləğv edə bilər, habelə istifadəçinin saytda yerləşdiridyi bütün növ məlumatları geri qaytarılmamaq şərtilə silə və istifadəçinin saytdan istifadə etməsinin qarşısını almaq üçün öz imkanları daxilində olan və qanunla yol verilən bütün vasitələrdən istifadə edə bilər.
6.3 Siz, təklif etdiyiniz məlumatın təsvirinin dəqiqliyi və məzmununa görə məsuliyyət daşıyırsınız.
7 . Müqavilənin icrasından imtina
7.1 Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər.
7.2 Alıcı (sifarişçi) bu razılaşmanın 7.1-ci maddəsinə uyğun olaraq müqavilənin icrasından imtina etdikdə, satıcı (təchizatçı) onun ödədiyi məbləği əlavə xərc olmadan 3 gün müddətində geri qaytarmalıdır.
7.3 Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:
7.3.1 nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin) razılığı ilə müqavilənin icrasına başlanıldıqda;
7.3.2 qiymətləri satıcı (təchizatçı) tərəfindən tənzimlənməyən maliyyə bazarındakı dəyişmələrdən asılı olan malların təchizatı üzrə müqavilələrdə;
7.3.3 alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;
7.3.4 audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər bu kimi qablaşdırma ilə əlavə olaraq qorunan malların qablaşdırması alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;
7.3.5 qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə;
7.3.6 rəqəmsal məhsullar alınaraq yükləndiyində;
7.4 Satıcı tərəfindən müqavilənin hər hansı səbəbdən icra edilməməsi halında satıcı əldən çıxmış fayda və digər dolayı zərərlərə görə məsuliyyət daşımır.
8. Əlaqə vasitələrindən istifadə
8.1 Sayt istifadəçilərinin saytda yerləşdirdikləri əlaqə vasitələrini kütləvi reklam məqsədilə istifadə etmək qadağandır.
8.2 Siz saytda öz əlaqə vasitələrinizi qeyd etməklə Sizə saytın işi ilə əlaqədar xidmət, təqdimat və ya digər məzmunlu məlumatların göndərilməsinə razılıq verirsiniz.
8.3 Həmçinin tərəfinizdən bizə təqdim olunmuş telefon nömrəsinə zəng edə və ya sms göndərə bilərik.
9. Mübahisələrin həlli
9.1 Elektron ticarətin iştirakçıları arasında mübahisələr ilkin olaraq qanunvericiliyə zidd olmayan məhkəmədən-kənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll olunur;
9.2 Sayt mübahisələrin həlli üçün tərəflərdən hər hansı birinin müraciəti əsasında araşdırma başlayır və sayt vasitəsi ilə aparılan yazışmalardan istifadə edir.
9.3 Elektron ticarətlə bağlı iddialara məhkəmələr qanunvericilikdə müəyyən olunmuş müddətdə baxırlar.